“Mançester Yunayted” “Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” “Barselona”nın 23 yaşlı sabiq futbolçusu ilə bağlı məlumat istəyib.
Lakin hələlik heç bir təklif və danışıqlar olmayıb.
Bu transfer yalnız “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr klubdan ayrıldığı təqdirdə reallaşa bilər.
Todibo ötən mövsüm Liqa 1-də 34 matçda iştirak edib.

