“Cavabdeh şəxs mənəm, bütün tənqidləri qəbul edirəm” - VİDEO

7 Avqust 2023 12:20 İngiltərə 663
“Cavabdeh şəxs mənəm, bütün tənqidləri qəbul edirəm” - VİDEO

“Mançester Yunayted”in qapıçısı Andre Onana “Lans”la keçirilən yoldaşlıq görüşünü (3:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, müdafiəçilərin səhvindən sonra buraxdığı qola belə münasibət bildirib:

“Həmişə təkmilləşmək üçün daha çox çalışmalıyıq. Hədəflərimiz uğrunda buraxılan qollara görə cavabdeh şəxs mənəm. Müdafiəçilərimizlə fəxr edirəm. Bütün tənqidləri qəbul edirəm”.

Kamerunlu qolkiper yay transfer pəncərəsində İtaliyanın “İnter” klubundan “qırmızı şeytanlar”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM