“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker komandada qala bilər.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi futbolçuya yeni müqavilə təklif edəcək.
Bununla da, rəhbərlik Uolkeri klubu tərk etməkdən çəkindirməyə çalışacaq.
Almaniyanın “Bayern” klubu ingilis müdafiəçi ilə yaxından maraqlanır.
Uolker 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb,
bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

