20 yaşlı hücumçu üçün 72 milyon avro ödədi - "Mançester Yunayted"

6 Avqust 2023 00:20 İngiltərə 630
20 yaşlı hücumçu üçün 72 milyon avro ödədi -

"Mançester Yunayted" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" "Atalanta"dan Rasmus Xoylunnu transfer edib.

"Mançester Yunayted" 20 yaşlı hücumçu üçün İtaliya klubuna 72 milyon avro təzminat ödəyib. Danimarkalı forvard Mançester təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Atalanta" Rasmus Hoylunnu ötən ilin yayında "Şturm Qrats"dan transfer etməişdi.

Gənc hücumçu Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR