90 milyon avroya müdafiəçi transfer etdi - Premyer Liqanın çempionu

5 Avqust 2023 15:40 İngiltərə 620
90 milyon avroya müdafiəçi transfer etdi - Premyer Liqanın çempionu

"Mançester Siti" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki,Premyer Liqa təmsilçisi "Leyptsiq"dən Yoşko Qvardiolu transfer edib.

"Mançester Siti"v xorvatiyalı mərkəz müdafiəçisi üçün Almaniya klubuna 90 milyon avro təzminat ödəyib. 21 yaşlı arxa xətt oyunçusu İngiltərə çempionu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzlayıb.

"Leyptsiq" Yoşko Qvardiolu 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib.

Xorvatiya millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR