“Vulverhempton”un baş məşqçisi Xulen Lopeteqi komandadakı mövqeyindən narazıdır.
Sportinfo.az xəbər verir ki, baş məşqçi komandanın mövsümün startına hazır olmadığını düşünür.
Lopeteqi hesab edir ki, klub rəhbərliyi heyəti gücləndirmək üçün ona transferlərdə lazımi dəstək göstərməyib. O, postunu tərk edə bilər.
Lopeteqi 2022-ci ilin noyabrında “Vulverhempton”un “sükanı arxasına” keçib.
“Vulverhempton” 2022/23 mövsümünü İngiltərə Premyer Liqasında 13-cü pillədə başa vurub.

