“Mançester Siti” “RB Leypsiq”in müdafiəçisi Yoşko Qvardiolu transfer etməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano özünün tviter səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, bu həftənin sonuna kimi bütün lazımi sənədlər imzalanacaq.
Hər şey plana uyğun getsə, 21 yaşlı xorvat müdafiəçi cümə günü “Mançester Siti”də tibbi müayinədən keçəcək.
Qeyd olunur ki, Yosko tarixin ən bahalı müdafiəçisi olacaq – “şəhərlilər” onun üçün 90 milyon avro ödəyəcək. 21 yaşlı Qvardiol ötən mövsüm 41 oyuna çıxıb, 3 qol vurub.
Bundan başqa, Qvardiol cari transfer pəncərəsində “Mançester Siti”yə keçən ikinci xorvatiyalı futbolçu olacaq.
“Şəhərlilər” daha əvvəl London “Çelsi”sinin yarımmüdafiəçisi Mateo Kovaçiçi də alıblar.

