Paytaxt təmsilçisi 27 milyon ödədi, 19 yaşlı istedadla 7+1 illik müqavilə imzaladı

2 Avqust 2023 15:40 İngiltərə 541
Paytaxt təmsilçisi 27 milyon ödədi, 19 yaşlı istedadla 7+1 illik müqavilə imzaladı

“Çelsi” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, London nəhəngi “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu heyətinə qatıb.

“Zadəganlar” bu keçidə görə 27 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.

“Renn”in öz yetirməsi olan Uqoçukvu 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Lesli Fransanın U-19 yığmasına da dəvət alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR