“Ayaks”ın müdafiəçisi Premyer Liqa klubunda - 22,5 milyon avro xərcə düşdü

31 İyul 2023 21:40 İngiltərə 679
“Ayaks”ın müdafiəçisi Premyer Liqa klubunda - 22,5 milyon avro xərcə düşdü

“Fulhem” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nigeriya yığmasının və “Ayaks”ın müdafiəçisi Kalvin Bessini heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İngiltərə klubu bu transfer üçün 22,5 milyon avro xərcə düşüb.

“Lester Siti”nin yetirməsi olan, “Reyncers”də də oynamış müdafiəçi ötən ilin yayından “Ayaks”da forma geyinirdi. O, bu komandada 39 oyuna çıxıb, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR