“Gəlin görək, gələcəkdə nə olacaq”

31 İyul 2023 12:20 İngiltərə 530
“Gəlin görək, gələcəkdə nə olacaq”

Niderlandlı müdafiəçi Vircil van Dayk, Cordan Hendersonun Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna getməsindən sonra “Liverpul”un yeni kapitanı olmağa hazır olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, əvvəllər də dəfələrlə kapitan sarğısını daşıdığını xatırladıb:

“Bir oyunçu və komandanın kapitanı kimi Henderson üçün darıxacağıq. Amma bu, futbolun bir hissəsidir, oyunçular gəlib-gedirlər.

Mən dəfələrlə kapitan olmuşam və belə anlarla fəxr edirəm. Gəlin görək, gələcəkdə nə olacaq. Amma “Liverpul”un yeni kapitanı olmaq mənim üçün böyük şərəf olar”.

32 yaşlı futbolçu 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR