Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanında

31 İyul 2023 10:00 İngiltərə 984
Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanında

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutub.

Sportinfo.az xəbər verir ki, "Nyukasl"ın hücumameyilli yarımmüdafiəçisi Allan Sen-Maksimen "Əl Əhli"yə keçib.

İngiltərə klubu 27 yaşlı vingerin keçidindən 25 milyon avro gəlir əldə edib. Fransalı futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

"Nyukasl" Allan Sen-Maksimeni 2019-cu ilin yayında "Nitsa"dan transfer etmişdi.

O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 124 rəsmi matçda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti