Premyer Liqa nəhəngi “rəngini dəyişdi” – VİDEO+FOTO

29 İyul 2023 18:20 İngiltərə 1 195
Premyer Liqa nəhəngi “rəngini dəyişdi” – VİDEO+FOTO

“Mançester Yunayted” 2023/24 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Sportinfo.az xəbər verir ki, formanın köynəyi ağ və yaşıl rənglərlə əhatələnib.

Klub 20 il öncə istifadə etdiyi formanın rənglərindən yenidən istifadə etmək qərarını verib.

“Qırmızı şeytanlar” bu dizaynın klub üçün xüsusi olduğunu vurğulayıb, xatirələrin canlanmasına təkan verdiyini diqqətə çatdırıb.

Öncədən “Liverpul” da qarşıdakı mövsüm üçün yeni səfər formasını təqdim etmiş, ağ və yaşıl rənglərdən yararlandıqlarını bildirmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR