Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Asiya təmsilçisi "Mançester Siti"dən Riyad Mahrezi rənglərinə bağlayıb.
Ərəblər 32 yaşlı yarımmüdafiəçi üçün İngiltərə klubuna 30+5 milyon avro təzminat ödəyəcək. Əlcəzairli vinger klubla 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.
"Mançester Siti" Riyad Mahrezi 2018-ci ilin yayında "Lester Siti"dən transfer etmişdi.
Təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 236 rəsmi matçda 78 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.

