Premyer Liqa klubunun kapitanı getdi - Səudiyyə Ərəbistanına

28 İyul 2023 00:00 İngiltərə 553
Premyer Liqa klubunun kapitanı getdi - Səudiyyə Ərəbistanına

Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ı “Liverpul”un futbolçusu Cordan Hendersonu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıblar.

Səudiyyə Ərəbistanı klubu bu transferə görə “Liverpul”a 14 milyon avro ödəyib. 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Henderson 2011-ci ilin yayından “Liverpul”da oynayırdı. O, bu klubda 492 matçda 33 qol vurub, 61 qolun ötürməsini verib.

“Əl-İttifaq” bundan öncə Lion “Olimpik”indən azad agent kimi ayrılmış Mussa Dembeleni də heyətinə qatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR