“Aston Villa” növbəti transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun fransalı hücumçusu Mussa Diabini heyətinə qatıb.
24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transfer birmingemlilərə 55 milyon avroya başa gəlib.
Diabi ötən mövsüm “Bayer”in heyətində 48 oyuna çıxıb, 14 qol vurub. O, həmçinin Fransa yığmasının heyətində 9 oyun keçirib.
“Bayer” Diabinin əvəzində Belçikanın “Yuion” klubunun hücumçusu Viktor Bonifaseni transfer edib.
Nigeriyadan olan 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi onun transferi üçün 20.5 milyon avro ödəyəcək.

