"Nyukasl"ın yeni transferi məlum olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klub "Lester"in yarımmüdafiəçisi 40 milyon funt-sterlinqə 25 yaşlı Harvi Barnsı heyətinə cəlb edib.
Klubla futbolçu arasında 5 illik müqavilə imzalanıb.
İngiltərəli futbolçu ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, 13 qol vurub.

