Braziliya millisinin müdafiəçisi Aleks Telles "Mançester Yunayted"dən ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu İngiltərədə qalmayacaq. Onun yeni komandasının adı da dəqiqləşib. Telles Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubuna keçib.
“Qırmızı şeytanlar” oyunçuya görə dərhal 4 milyon avro, həmçinin bonus ödənişləri alacaq. Telles Səudiyyə klubunda ildə təxminən 7 milyon avro qazanacaq, əlavə olaraq bonuslar da əldə edəcək.

