"Həm komanda, həm də mənim üçün çox vacib oyunçudur"

23 İyul 2023 10:40 İngiltərə 1 089
"Həm komanda, həm də mənim üçün çox vacib oyunçudur"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Tomas Parti haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Parti qarşıdakı mövsüm üçün sizin planlarınıza daxildir” sualını belə cavablandırıb:

“Şübhəsiz ki, bəli. Tomas həm komanda, həm də mənim üçün çox vacib oyunçudur.

Onun klubumuzun bir hissəsi olmağa davam etməsini istəyirəm”.

Öncədən 30 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxın olduğu bildirilirdi. Qanalı oyunçunun “Yuventus”a keçməyə razılıq verdiyi barədə də xəbər vermişdik.

Parti başa çatan mövsümdə “topçular”ın heyətində 40 oyuna çıxıb, üç qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR