“Qremio”nun hücumçusu Luis Suares “İnter Mayami”yə keçməyə yaxındır.
Sportinfo.az xəbər verir ki, ABŞ təmsilçisi uruqvaylının transferi ilə bağlı danışıqlara start verib. Suareslə şəxsi razılığın əldə edildiyi bildirilir.
Eyni zamanda, onun Braziliya “Qremio”su ilə müqavilənin şərtlərini pozaraq Mayami təmsilçisinə getmək istədiyi haqda da məlumat yayılıb.
Suaresin “Qremio” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Lionel Messi, Serxio Buskets, Jordi Alba yay transfer pəncərəsində “İnter Mayami” klubuna keçib.

