“Çelsi”nin yarımmüdafiəçisi Omari Hatçinson “İpsviç”ə icarəyə verilib.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı yamaykalı futbolçu ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Hatçinson ötən mövsüm “zadəganlar”ın əsas komandasında iki oyuna çıxıb.
O, həmçinin Premyer Liqada gənclər arasında 21 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

