“Mançester Yunayted”лi müdafiəçi Ronaldonun klubunda - Maaşı 7 milyon +bonuslar olacaq

20 İyul 2023 10:20 İngiltərə 612
“Mançester Yunayted”лi müdafiəçi Ronaldonun klubunda - Maaşı 7 milyon +bonuslar olacaq

“Mançester Yunayted”in müdafiəçisi Aleks Telles karyerasını “Əl-Nəsr”də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, tərəflər keçidlə bağlı razılığa gəliblər.

Tezliklə onun Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmən elan ediləcək.

“Qırmızı şeytanlar” braziliyalı futbolçunun satışından 4 milyon funt-sterlinq+bonuslar qazanacaq. Onun mövsümlük maaşı 7 milyon avro+bonuslar olacaq.

Aleks Telles 2020-ci ildən Mançester təmsilçisində forma geyinir. O, başa çatan mövsümü icarə əsasında “Sevilya”da keçirib.

Telles karyerası ərzində “Qremio”, “Qalatasaray”, “İnter” və “Portu” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo da “Əl-Nəsr”də oynayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR