“Atletiko”dan ayrılır, Premyer Liqaya qayıdır – İrlandiyalı müdafiəçi

19 İyul 2023 18:40 İngiltərə 731
“Atletiko”dan ayrılır, Premyer Liqaya qayıdır – İrlandiyalı müdafiəçi

“Atletiko”nun futbolçusu Mett Doherti keçmiş klubu “Vulverhempton”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı irlandiyalı müdafiəçi ilə sövdələşmə davam edir.

Futbolçu artıq tibbi müayinədən keçib.

Doherti bu ilin yanvarında “Tottenhem”dən “Atletiko”ya keçib. O, “Atletiko”ya keçəndən bəri bütün yarışlarda 6 oyuna çıxıb.

Futbolçu 2010-2020-ci illərdə “Vulverhempton”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM