Premyer Liqa klubundan 18,6 milyonluq yeni transfer

19 İyul 2023 15:40 İngiltərə 589
Premyer Liqa klubundan 18,6 milyonluq yeni transfer

İngiltərə Premyer Liqasının təmsilçisi "Börnli" İsveçrə millisinin üzvünü transfer edib.

Sportinfo.az xəbər verir ki, ingilislər "Bazel"in forvardı Zeki Amdunini heyətinə qatıb.

22 yaşlı yeni klubu ilə beş illik müqavilə imzalayıb.

"Börnli" transfer üçün qarşı tərəfə 18,6 milyon avro ödəyib.

Amduni ötən mövsüm “Bazel”in heyətində 52 oyuna çıxıb, 22 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR