“Atalanta” 70 milyon avro istəyir – Premyer Liqa nəhəngindən

19 İyul 2023 10:00 İngiltərə 721
“Atalanta” 70 milyon avro istəyir – Premyer Liqa nəhəngindən

“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Hoylund üçün ilk təklifini hazırlayır.

Sportinfo.az xəbər verir ki, ”qırmızı şeytanlar” futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar.

“Atalanta” 20 yaşlı danimarkalı üçün təxminən 70 milyon avro istədiyini bildirib.

Bundan əlavə, İtaliya təmsilçisi “Mançester Yunayted”in öz oyunçularını müqaviləyə daxil etməsini istəmir.

Hoylund 2022-ci ilin avqustundan “Atalanta”da çıxış edir. O, 2022/23 mövsümündə İtaliya klubunda 34 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR