Nəzarət paketini ABŞ şirkətinə satdı – Premyer Liqanı tərk edən klub

18 İyul 2023 18:20 İngiltərə 729
Nəzarət paketini ABŞ şirkətinə satdı – Premyer Liqanı tərk edən klub

İngiltərənin “Lids” klubu nəzarət paketini ABŞ-ın “49ers Enterprises” şirkətinə satdığını elan edib.

Sportinfo.az xəbər verir ki, şirkət klub üçün təxminən 200 milyon avro ödəyib.

“Lids”ə əvvəllər klubun sədr müavini və idarə heyətinin üzvü olan Paraaq Marathe rəhbərlik edəcək.

O, 2017-ci ildən “Lids”in əksər hissələrinin sahibi olan Andrea Radrizzanini əvəz edəcək.

“Lids” ötən mövsüm Premyer Liqanı 19-cu pillədə başa vurub və aşağı liqaya düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM