“Xoşbəxtəm! Çox yaxşı iki oyunçu transfer etdik"

15 İyul 2023 00:00 İngiltərə 787
“Xoşbəxtəm! Çox yaxşı iki oyunçu transfer etdik"

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp klubun yeni transferləri – yarımmüdafiəçilər Aleksis Makallister və Dominik Soboslai haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, adıçəkilən oyunçuların məşqdəki çıxışından söz açıb:

“Xoşbəxtəm! Çox yaxşı iki oyunçu transfer etdik. Artıq Makallister üçün gözəl ləqəb tapmışam – Qeri!

Hər iki futbolçu azarkeşlər tərəfindən yaxşı qarşılandı. Onlar futbol oynamağı bacarırlar.

Həqiqətən də klubumuz üçün yaxşı transferlərdir. Məşqlərdə özlərini göstərirlər və məni heyran edirlər”.

“Qırmızılar” mövsümöncəsi məşqlərə iyulun 8-də başlayıb. Mersisayd təmsilçisi “Bayern” və “Lester” də daxil olmaqla, beş yoxlama oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR