40 milyon təklif edir – 19 yaşlı istedad üçün

14 İyul 2023 18:20 İngiltərə 729
40 milyon təklif edir – 19 yaşlı istedad üçün

“Çelsi” Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Rayan Şerkini transfer etməyi düşünür.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı öncədən tərəflər arasında danışıqlar baş tutub.

Fransa təmsilçisi forvard üçün 50 milyon avro tələb edir. “Zadəganlar” isə təxminən 40 milyon avro qarşılığında Şerkini transfer etmək fikrindədir.

İtaliya təmsilçisi “Milan” da Rayanı transfer etməkdə maraqlıdır. Buna baxmayaraq, fransalı futbolçunun keçidi uğrunda “Çelsi”nin daha üstün olduğu diqqətə çatdırılır.

Şerki “Lion”un yetirməsidir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

19 yaşlı futbolçu 2022/23 mövsümündə 39 oyuna çıxıb, beş qol vurub və altı məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR