15 milyon avroya transfer etdi, 5 illik müqavilə imzaladı, icarəyə verdi

14 İyul 2023 12:20 İngiltərə 730
15 milyon avroya transfer etdi, 5 illik müqavilə imzaladı, icarəyə verdi

“Bornmut” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”inin yarımmüdafiəçisi Romen Fevri transfer edib.

25 yaşlı fransız futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə bağlayıb. “Bornmut” onun transferi üçün Fransa klubuna 15 milyon avro ödəyib.

Amma Fevrin 2023/24 mövsümünü Fransanın digər klubu “Loryan”da icarədə keçirəcəyi bildirilib.

Fevr daha öncə “Tur”, “Monako” və “Brest”də də oynayıb, Fransanın U-21 yığmasının uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR