Ərəblər 47 milyon avro təklif edəcək – Premyer Liqa nəhənginə

13 İyul 2023 21:40 İngiltərə 903
Ərəblər 47 milyon avro təklif edəcək – Premyer Liqa nəhənginə

“Əl-İttihad” Fabinyo üçün “Liverpul”a böyük təklif göndərməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Fabinyonu 40 milyon funt-sterlinqə (təxminən 47 milyon avro) transfer etmək üçün konkret təkliflə “Liverpul”a müraciət etmək istəyir.

Qərarın tez olacağı gözlənilir: braziliyalı futbolçu ya satışa razı olacaq, ya da olmayacaq.

“Liverpul” Fabinyo ayrılacağı təqdirdə, yarımmüdafiə xəttini gücləndirmək üzərində işləyir. Hədəflər arasında “Sauthempton”un yarımmüdafiəçisi Romeo Lavia da var.

Fabinyonun “Liverpul”la müqaviləsi 2026-cı ilə qədərdir. O, “Əl-İttihad”a keçərsə, Kərim Benzema və Nqolo Kantenin komanda yoldaşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR