30 milyonda gözümüz yoxdur, satmırıq - Premyer Liqa təmsilçisi

13 İyul 2023 15:40 İngiltərə 709
30 milyonda gözümüz yoxdur, satmırıq - Premyer Liqa təmsilçisi

Serbiyalı hücumçu Aleksandar Mitrovic “Əl-Hilal”a keçmək istəyir.

Sportinfo.az xəbər verir ki, “Fulhem” futbolçusunu Səudiyyə Ərəbistanı klubuna buraxmır.

“Əl-Hilal” hücumçu üçün 30 milyon avro təklif etsə də, “Fulhem” bunu rədd edib.

İngiltərə klubunun mövqeyi ondan ibarətdir ki, Mitroviç satılmır.

Bu yay “Əl Hilal” “Vulverhempton”dan Ruben Nevesi 47 milyon, “Çelsi”dən Xalidu Kulibalini 20 milyon və Sergey Milinkovic-Saviçi “Latsio”dan 40 milyon avroya alıb.

Mitrovic keçən mövsüm bütün yarışlarda 28 oyunda 15 qol vuraraq, “Fulhem”in bombardiri olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR