İngiltərənin "Çelsi" klubu qışda heyətinə qatdığı David Datro Fofananı icarəyə verib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi 20 yaşlı hücumçunu "Union Berlin"ə göndərib.
Fil Dişi Sahilindən olan forvard 2023/2024 mövsümünü icarə əsasında "Union Berlin"də keçirəcək.
"Çelsi" David Datro Fofananı bu ilin yanvar ayında "Molde"dən transfer edib. Gənc futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.

