Portuqaliyalı üçün 80 milyon avroluq təklif göndərdi - PSJ

11 İyul 2023 15:20 İngiltərə 643
Portuqaliyalı üçün 80 milyon avroluq təklif göndərdi - PSJ

PSJ heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisinin hədəfində olan oyunçu "Mançester Siti"də çıxış edən Bernardo Silvadır.

PSJ portuqaliyalı yarımmüdafiəçi üçün yaxın günlərdə İngiltərə klubuna 80 milyon avroluq təklif göndərəcək.

PSJ yay transfer pəncərəsi zamanı Milan Şkrinyar, Marko Asensio, Manuel Uqarte, Kanq-in Lin və Lukas Hernandesi transfer edib.

"Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. 28 yaşlı vinger son mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 55 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR