“Liverpul”un ingiltərəli yarımmüdafiəçisi Cordan Henderson Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçə bilər.
Sportinfo.az xəbər verir ki, Hendersonun transferini “Əl-İttifaq”ın ingiltərəli yeni baş məşqçisi Stiven Cerrard istəyir.
Cerrard iyulun əvvəlində “Əl-İttifaq”ın “sükanı arxasına” keçib.
Henderson 2011-ci ildən “Liverpul”da çıxış edir.

