"Arsenal"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi Vilyam Saliba ilə yeni sözləşmə imzalayıb.
"Topçular" fransalı mərkəz müdafiəçisinin gələn il başa çatmalı olan müqaviləsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.
"Arsenal" Vilyam Salibanı 2019-cu ilin yayında "Sent-Etyenn"dən transfer edib.
Fransa millisinin üzvü olan 22 yaşlı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

