Daha bir futbolçusu ilə vidalaşmağa hazırdır - SON ÇEMPİON

6 İyul 2023 22:00 İngiltərə 798
Daha bir futbolçusu ilə vidalaşmağa hazırdır - SON ÇEMPİON

“Mançester Siti” yay transfer pəncərəsində Bernardo Silvanı satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” 28 yaşlı futbolçu üçün 85 milyon funt-sterlinqlik (99 milyon avro) təklifi qəbul etməyə hazırdır.

Fransanın PSJ və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubları portuqaliyalı ilə maraqlanır. Öncədən Silvanın Paris klubuna keçmək istədiyi bildirilirdi.

Bernardo Silva 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində 54 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Almaniya millisinin üzvü İlkay Gündoğan da yay transfer pəncərəsində “Mançester Siti”dən ayrılıb. O, İspaniyanın “Barselona” klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR