Bir qapıçı üçün 50 milyon - Bu məbləği də ödəməyə hazırdırlar

30 İyun 2023 12:00 İngiltərə 699
Bir qapıçı üçün 50 milyon - Bu məbləği də ödəməyə hazırdırlar

“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onana üçün 50 milyon avro təklif etməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, qolkiper “Ayaks”da çıxış etdiyi dönəmdən (2016-2022) “qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haqın diqqətini çəkib.

“Neradzurra” futbolçusu üçün 60 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyi düşünür.

Kamerunlunun özü Mançester təmsilçisi ilə 2028-ci ilə qədər, mövsümlük 6 milyon avro maaşla müqavilə təklifinə müsbət yanaşır.

Onana 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 36 qol buraxıb və 19 dəfə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR