"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Yuventus"dan icarəyə götürdüyü Deyan Kuluşevskinin transfer hüququna yiələnib.
Premyer Liqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Paytaxt klubu isveçli oyunçu üçün "Yuventus"a 30 milyon avro təzminat ödəyib.
"Tottenhem" Deyan Kuluşevskini 2022-ci ilin yanvar ayında icarəyə götürmüşdü.
İsveç millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

