“Mən öz məqsədimi həyata keçirdim və bu, karyeram üçün əla sondur”

26 İyun 2023 01:30 İngiltərə 537
“Mən öz məqsədimi həyata keçirdim və bu, karyeram üçün əla sondur”

Argentina millisinin hücumçusu Lionel Messi 2022/23 mövsümündən razı qaldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Messi ötən il milli ilə dünya çempionatının qalibi olmasını yada salıb:

“Ən vacib məqsədimi həyata keçirdim: Dünya kubokunu qazandım.

Mən heç vaxt fərdi mükafatlar haqqında düşünməmişəm. Həmişə kollektivi hər şeydən üstün tuturam.

Mən öz məqsədimi həyata keçirdim və bu, mənim karyeram üçün əla sondur”.

Messi Qətərdə keçirilən mundialda Argentina millisi ilə 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Argentina millisi finalda Fransaya qalib gələrək (penaltilərdə 3:3, 4:2), DÇ-2022-nin qalibi olub. 35 yaşlı argentinalı turnirin ən yaxşı oyunçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR