“Mançester Yunayted” Neymarla bağlı razılığa gəlməyəcək

24 May 2023 00:00 İngiltərə 558
“Mançester Yunayted” Neymarla bağlı razılığa gəlməyəcək

“Mançester Yunayted” PSJ-nin hücumçusu Neymarı transfer etmək üçün danışıqlar aparmır.

Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumatda deyilir ki, “Mançester Yunayted” Neymarla bağlı razılığa gəlməyəcək. Bu, ən azı indiki halda mümkün deyil.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın “Ekip” nəşri İngiltərə klubunun PSJ-nin braziliyalı forvardı ilə danışıqlarının qabaqcıl mərhələdə olduğunu yazmışdı.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR