"Gəlin, qazanaq - Mən o qədər də bərbad məşqçi deyiləm"

22 May 2023 15:40 İngiltərə 428
"Gəlin, qazanaq - Mən o qədər də bərbad məşqçi deyiləm"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə matçından sonra (1:1) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasına vəsiqə qazanmağın asan başa gəlmədiyini deyib:

“Nəticə çox məyusedicidir. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə apardıq, lakin rəqiblərimiz daha çox xal topladılar.

İstərdim ki, bu mövzuda rəqabət son tura qədər davam etsin. Amma artıq gecdir. Növbəti mövsümdə Avropa Liqasında mübarizə aparacağıq.

Gəlin, bu turniri qazanaq. O qədər də bərbad məşqçi deyiləm.

Həmin turnirə vəsiqə qazanmağın özü belə, uğurdur. Çünki çox ciddi və güclü rəqiblərimiz var idi. Çətin idi, amma bacardıq. Orada nələr edəcəyimizi görəcəksiz”.

“Qırmızılar” hazırda ölkə çempionatının turnir cədvəlində 66 xalla 5-ci, “Aston Villa” isə 58 xalla 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"