“Mançester Yunayted”də narahatlıq

20 May 2023 22:00 İngiltərə 619
“Mançester Yunayted”də narahatlıq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Markus Reşford haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, ingiltərəli forvardın xəstələndiyini dilə gətirib:

“Reşford 37-ci turun “Bornmut”la matçı üçün həftə ərzində yaxşı məşq etdi. Lakin dünən (cümə günü) xəstələndiyini söylədi. Onun səhhətinin necə olacağını bu gün biləcəyik”.

Reşford ölkə çempionatının 36-cı turunun “Vulverhempton”la matçında (2:0) iştirak etməmişdi.

25 yaşlı futbolçu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR