
“Arsenal” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla maraqlanır.
Sportinfo.az xəbər verir ki, öncədən “şəhərlilər”in heyətində çalışan, hazırda “topçular”ın baş məşqçi postunda qərarlaşan Mikel Arteta keçidin reallaşmasını istəyir.
Almaniya millisinin üzvü 2016-cı ilin yayından “Mançester Siti”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Öncədən futbolçunun “Barselona”ya keçməyə yaxın olduğu bildirilirdi.
32 yaşlı futbolçu cari mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mikel Arteta 2016-2019-cu illərdə “Mançester Siti”də köməkçi məşqçi kimi çalışıb.