25 milyon avro istəyir - Paytaxt klubu

20 May 2023 18:20 İngiltərə 634
25 milyon avro istəyir - Paytaxt klubu

“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik “Milan”a keçə bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun bu yay İtaliya klubuna keçməsi mümkündür.

“Çelsi” futbolçu üçün 25 milyon avro istəyir, lakin “Milan” danışıqlar zamanı bu məbləğin azaldıla biləcəyinə inanır. Çünki onlar londonluların oyunçularını satmalı olduğunu bilirlər.

Rubenin “Çelsi” ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 30 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti