0:4-dən sonra möcüzə baş verdi, birinci liqaya vəsiqə aldı - VİDEO

20 May 2023 12:00 İngiltərə 1 228
0:4-dən sonra möcüzə baş verdi, birinci liqaya vəsiqə aldı - VİDEO

İngiltərə 1-ci liqasında (statusuna görə Premyer Liqa və Çempionşipdən sonra üçüncü liqa sayılır) pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, “Şeffild Uensdey” Aleks Fergüsonun oğlu Darren Fergüsonun baş məşqçisi olduğu “Piterboro”nu qəbul edib.

“Şeffild” ilk matçda 0:4 hesabı ilə uduzduğundan onun finala yüksəlməsi möcüzə kimi görünürdü. Amma onlar, necə deyərlər, möcüzəni gerçəkləşdirə biliblər.

İlk 90 dəqiqə “Şeffild” rəqib qapısından 4 cavabsız qol keçirib və matçı əlavə vaxtı aparıb. Yeri gəlmişkən, onlar 4-cü qolu 90+8-ci dəqiqədə vurub.

Əlavə vaxtda - 105-ci dəqiqədə meydan sahibləri daha bir qol vurublar. Bu dəfə isə öz qapılarına. “Şeffild”ə ümumi hesabı bərabərləşdirmək üçün daha bir qol lazım olub ki, onlar 108-ci dəqiqədə bunu da həyata keçiriblər - 5:1.

Yekunda qalib penaltilər seriyasında müəyyən olunub. Burada da uğurlu olan (5:3) “Şeffild” finala vəsiqə qazanıb. Bu zaman fanatlar meydana daxil olaraq qələbəni bayram ediblər.

Finalın qalibi yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!