Premyer Liqada mövsümün ən yaxşı məşqçisi adına namizədlər

19 May 2023 00:00 İngiltərə 408
Premyer Liqada mövsümün ən yaxşı məşqçisi adına namizədlər

İngiltərə Premyer Liqasında mövsümün məşqçisi adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Namizədlərin siyahısına aşağıdakı kimidir:

Mikel Arteta (“Arsenal”) – 36 matç, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət;

Roberto De Zerbi (“Brayton”) – 28 matç, 13 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət;

Unay Emeri (“Aston Villa”) – 23 oyun, 14 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət;

Pep Qvardiola (“Mançester Siti”) – 35 matç, 27 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət;

Eddi Hou (“Nyukasl”) – 35 oyun, 16 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət;

Marko Silva (“Fulhem”) – 36 matç, 15 qələbə, 6 heç-heçə, 15 məğlubiyyət.

Sona 3 tur qalmış Premyer Liqada turnir cədvəlinə 85 xalla “Mançester Siti” liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti