"Bir neçə yüz milyon avro xərclədi - Klubda başqa problemlər də var"

18 May 2023 01:40 İngiltərə 498
"Bir neçə yüz milyon avro xərclədi - Klubda başqa problemlər də var"

Yulian Naqelsmannın agenti Volker Ştrut məşqçinin “Çelsi”yə getməmək fikrini düzgün qərar adlandırıb.

Sportinfo.az xəbər verir ki, menecer, “Çelsi”nin hazırda problemlərin içində olduğunu bildirib:

“Çelsi”yə getməmək Naqelsmann tərəfindən verilən düzgün qərardır. “Çelsi” indi “problemli sular”dadır.

“Çelsi” bir neçə yüz milyon avro xərclədi və gözləntiləri vermədi. Klubda başqa problemlər də var.

Naqelsmann “Çelsi” üçün əsas seçim idi. Bizdə olan məlumat budur. Və o, komandaya rəhbərlik etmək istəsəydi, bu baş verərdi”.

Alman məşqçinin “Çelsi”yə rəhbərlik etməkdən imtina etməsi ilə bağlı məlumat aprel ayının ortalarında ortaya çıxmışdı.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR