Ölkə prezidenti xahiş etdi, qərarını dəyişdi, milliyə qayıtdı

16 May 2023 15:20 İngiltərə 478
Ölkə prezidenti xahiş etdi, qərarını dəyişdi, milliyə qayıtdı

"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq ölkə prezidentinin xahişi ilə Qabon millisinə qayıdacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Canal+" məlumat yayıb.

Qabon prezidenti Əli Bonqo Ondimba bu günlərdə Obameyanq və atası ilə görüşüb. Görüşdə o, futbolçudan milliyə qayıtmağı xahiş edib, "Çelsi"nin forvardı da razılaşıb.

O, iyunun 12-də Konqo Demokratik Respublikası ilə keçiriləcək oyunda iştirak edə bilər.

Obameyanq Qabon millisinin tarixində ən yaxşı bombardiridir. O, yığmada 73 oyun keçirib və 30 qol vurub. Obameyanq beynəlxalq karyerasını 2022-ci ildə başa vurduğunu açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"