
Aleksis Makallister bu yay “Brayton”dan ayrılacağı təqdirdə, Çempionlar Liqasında oynamaq istəyir.
Sportinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi yalnız Çempionlar Liqasında çıxış edən kluba görə “Brayton”dan ayrılmağa hazırdır.
Futbolçu ilə “Liverpul” və “Mançester Yunayted” yaxından maraqlanır.
“Brayton” rəhbərliyi Avropa Liqasına vəsiqə qazanacaqları təqdirdə, Aleksisi saxlayacaqlarına ümidlərini itirməyib.
Makallisterlə “Brayton” arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına qədərdir.