“O, çox danışmır, amma danışanda hamı onu dinləyir”

16 May 2023 00:00 İngiltərə 482
“O, çox danışmır, amma danışanda hamı onu dinləyir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu İlkay Gündoğan haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, Gündoğanın Mançester təmsilçisində qalacağına ümid etdiyini bildirib:

“Sonda nələrin olacağını heç kim bilmir. Bəlkə, İlkay bizimlə qalacaq. Buna ümid edirəm. O, nə qədər yaxşı futbolçu, komanda üçün vacib biri olduğunu dəfələrlə sübut edib.

Gündoğan qol vurmaqla kifayətlənmir. O, çox danışmır, amma danışanda hamı onu dinləyir. Bu, liderə və yüksək təzyiq altında mübarizə apara biləcək şəxsə malik keyfiyyətdir”.

Xatırladaq ki, Almaniya millisinin üzvü İngiltərə Premyer Liqasının 36-cı turunun “Everton”la matçında (3:0) dubla imza atıb.

Gündoğan 2016-cı ildən “şəhərlilər”in formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Öncədən “Barselona”nın 32 yaşlı futbolçu ilə maraqlandığı bildirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi