
İngiltərə Premyer Liqasında XXXVI turunda çempionluğa iddiaçı “Arsenal” məğlubiyyətlə üzləşib.
Sportinfo.az xəbər verir ki, London klubu öz meydanında “Brayton”a böyük hesabla uduzub - 0:3.
36 matçda 81 xal toplayan “Arsenal” ikinci pillədədir və lider “Mançester Siti”dən 4 xal geri qalır.
“Şəhərlilər”in qarşıda 3 oyunu var. Növbəti turda "Mançester Siti" qalib gəlsə, çempion olacaq.
"Arsenal" - "Brayton" 0:3
Qollar: Enkiso 51, Undav 86, Estupinyan 90+6